Sabiq deputat nömrəsini satır-9000 manata

Sabiq deputat nömrəsini satır-9000 manata

Milli Məclisin sabiq deputatı, tez-tez medianın gündəmini xoşagəlməz mövzularla zəbt edən Rafael Cəbrayılov "211"lə başlayan "Azercell" nömrəsini 9 000 AZN-ə satışa çıxarıb.

2019-cu ilin sentyabr ayında 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması haqqında səsyazısı yayıldıqdan sonra Milli Məclisdən uzaqlaşdırılan R.Cəbrayılov tikinti biznesi ilə məşğul olur. 

R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.

Ümumilikdə 1 milyon 550 min dollar borcu olan R.Cəbrayılovu görünür borc sahibləri çox sıxışdırır, yoxsa mobil nömrəsini niyə satışa çıxarsın ki?

Media və sosial şəbəkələrdə isə onun borclu olduğu şəxslərin kimliyi və borcunun məbləğini əks etdirən siyahı yayılıb: 

Məlahət Qurbanova – 580 000 dollar

Xatirə Nəcəfova – 200 000 dollar

Yusif Orucov – 200 000 dollar

Aynur Kazımova – 100 000 dollar

Şəfa Məmmədova – 80 000 dollar,

Bəşir Məmmədov – 60 000 dollar

Allahverdi Səfərəliyev – 30 000 dollar.

Hazırda işə məhkəmədə baxılmaqdadır.

R.Cəbrayılovun milliyyətcə erməni mənşəli olması haqqında iddialara isə o, hələ də tutarlı cavab verməyib.