Saratoga hotelindəki partlayışda ölənlərin sayı artdı

Saratoga hotelindəki partlayışda ölənlərin sayı artdı

Kubanın paytaxtı Havanada yerləşən Saratogada hotelindəki partlayışda ölənlərin sayı artıb.

Qırmızı Xaç Cəmiyyəti 19 nəfərin itkin düşdüyünü, 32 nəfərin öldüyünü bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, dünyanın məşhur simalarının seçdiyi oteldəki partlayışa səbəb kimi qaz sızması göstərilsə də bu iddia özünü doğrultmayıb. Hotel sahibi ekspertizanın nəticələrini gözləməyin vacibliyini bildirib. Yaralılardan 14-ü azyaşlıdır.

Ölənlərdən biri uşaq, biri isə hamilə qadın olub.

Xəsarət alanların partlayış anında hotelin yaxınlığında olduqları bildirilir, çünki COVID-19 pandemiyası səbəbindən hotel iki il müddətinə bağlı olub.

Altımərtəbəli hotelin yaxınlığındakı 17 bina, eləcə də ətrafdakı minik avtomobilləri və avtobuslar zərər görüb.

1880-ci ildə neoklassika üslubunda tikilmiş "Saratoqa" hoteli 1990-cı illərdə bərpa edilib və beşulduzlu turizm mərkəzi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, hotelin yaxınlığındakı 300 nəfər şagirdin təhsil aldığı orta məktəb də təxliyyə edilib.

Havana Valisi Reinaldo Garcia Zapata şagirdlərdən beşinin yüngül şəkildə yaralandığını bildirib.