TƏBİB: "Karantin rejimi sərtləşdirilə bilər"

TƏBİB: "Karantin rejimi sərtləşdirilə bilər"

"Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər"

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: "Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir"

Qeyd edək ki, BNA-nın rəhbəri Vüsal Kərimli də ötən gün ictimai nəqliyyatda tibbi maska taxmağın zəruri olduğunu və bunun tələb ediləcəyi barədə açıqlama vermişdi. O, bildirib ki, bu məsələnin cərimələnmə mexanizmi ilə bağlı Operativ Qərargah yaxın günlərdə açıqlama verəcək.