Taksidə maskasız oturan sərnişin və sürücü cərimələnəcək

Taksidə maskasız oturan sərnişin və sürücü cərimələnəcək

Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev

Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: "Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər".

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: "Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır.

Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər.

Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək".