Taliban: Əfqanıstanda yaşayan şiələr Məhərrəmliyi keçirəcəklər

Taliban: Əfqanıstanda yaşayan şiələr Məhərrəmliyi keçirəcəklər

Əfqanıstanın şimal-qərbindəki Taliban Mədəni İşlər şöbəsinin müdiri şiələrin Məhərrəm-Səfər mərasimlərini asanlıqla keçirə biləcəyini söyləyərək onlara heç bir təhlükə olmadığını vurğulayıb.

Taliban hərəkatının Mədəniyyət şöbəsinin rəhbəri Mövləvi Zəbihullah Nurani hərəkatın Əfqanıstanda yaşayan şiələr üçün problem yaratmayacağını söyləyib.

Talibanın Məhərrəmlik mərasimlərini keçirməkdə heç bir problemi olmadığını vurğulayan Nurani deyib ki, şiə qardaşlar Taliban tərəfindən təhdid edilmədiklərinə, öz tədbirləri, mərasimləri və yas günləri ilə rahatlıqla məşğul ola biləcəklərinə əmin olmalıdırlar.

Sosial və dini məsələlər üzrə əfqan ekspert Hüseyin Nadiri mövzu ilə bağlı bildirib ki, xoşbəxtlikdən Taliban Məhərrəm-Səfər əzadarlıqını qeyd etməkdə problem yaratmır və indiyə qədər şiələrlə yaxşı rəftar edib: "İndiki Taliban son 20 ilin Talibanından fərqlidir.

Belə bir nəticəyə gəliblər ki, şiə qardaşlarını da yanlarında olmalıdırlar. Mənim bildiyimə görə, Əfqanıstan şiələri də Talibandan razıdır. İmam Hüseyn (ə) təkcə şiələrə aid deyil, İmam (ə) Peyğəmbərin (s) nəvəsidir və bütün müsəlmanlara aiddir. Bəşəriyyət Aşura qiyamını bir məktəb olaraq izləyə və həyat dərsi götürə bilər". Xəbər mənbələri bildirir ki, Məhərrəm ayının yeddisinə keçən gecə Məzari-Şərifdəki sığınacaqların əksəriyyətində, küçələrdə əza mərasimlərinin həyata keçirilib və Taliban bu mərasimlərə müdaxilə etməyib.

Həmçinin, İmam Hüseynin (ə) yas mərasimlərinin hər gecə evlərin və məscidlərin səsgücləndiriciləri vasitəsi ilə yayımlanır, Taliban bu mərasimlər üçün indiyə qədər heç bir tədbir və ya məhdudiyyət tətbiq etməyib.