Tbilisidə erməni Türkiyə vətəndaşını etnik zəmində yaraladı

Tbilisidə erməni Türkiyə vətəndaşını etnik zəmində yaraladı
Ötən axşam paytaxt Tbilisidə Ağmaşenebeli küçəsində reostaranların birində etnik zəmində cinayət hadisəsi baş verib. Hadisə bir nəfər ermənin Türkiyə vətəndaşına yaxınlaşaraq ondan haralı olmasını soruşduqdan sonra baş verib. Türkiyə vənədaşı Türkiyədən olduğunu dediyi zaman cinayətkar erməni, sözügedən şəxsi və onun yanında olan Yeni Zelanda vətəndaşını bıçaqlayıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb: Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törədən 1991-ci il təvəllüdlü, əvvələr də məhkum edilmiş R.M saxlanılıb. Axtarış nəticəsində bəlli olub ki, R.M Ağmaşenebeli küçəsindəki restoranlardan birinə daxil olaraq, 2 nəfəri soyuq silahla yaralayıb. Yaralanan şəxslər xəstəxanaya çatdırılıblar, onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı iki və daha çox insana qarşı ağır şərtlər altında öldürməyə cəhd ittihamı ilə cinayət məcəlləsinin 19-109-cu bəndinin, 3-cü hissəsinin "a" alt bəndi əsasında istintaq aparılır. Təqsirləndirilən şəxsi 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(24news.ge)