Tural Zeynalova cinayət işi açıldı

Tural Zeynalova cinayət işi açıldı

Prokurorluq İkinci Qarabağ müharibəsində xeyriyyəçiliyi ilə tanınan Şəmkir rayon sakini Tural Zeynalovun həbsi ilə bağlı açıqlama yayıb.

Vetenugrunda.az-ın verdiyi məlumata görə prokurorluq iddia edir ki, Şəmkir rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Qala" restoranında iyunun 22-də saat 14 radələrində "Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları"nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib.

Onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Lakin hadisə iştirakçıları bildirib ki, həmin günü Şəmkirin Dəllər qəsəbəsindən olan bir qazimiz üçün 20 nəfərlik kiçik banket düzənlənib. Qazimiz evləndiyi xanımın ailə üzvlərini məclisə dəvət edib. Məclis iştirakçıları məsafəli və maskada olublar. Qəfil məclisi basan polislər Tural Zeynalovun atasını itələyiblər. O, yerə dəyib və başı yarılıb. Atasının döylüdüyün və başının yarıldığını görən Tural Zeynalov onu qrumağa çalışıb və polislər tərəfindən burnu sındırılıb. O, həbs edilib. Gecəyarı Tural Zeynalovun saxlanıldığı Şəmkir polis idarəsinə təcili yardım çağırılıb. Atası isə hazırda xəstəxanada müalicə alır.

Verilən digər xəbərdə isə bildirilir ki, Tural Zeynalovun rayon rəhbərliyi ilə arasında yaranmış narazılıq bu nəticəni verib.

P.S

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq