Türkiyədə koronavirusdan ölən tibb işçiləri Şəhid sayılacaq

Türkiyədə koronavirusdan ölən tibb işçiləri Şəhid sayılacaq

Türkiyədə koronavirusdan ölən səhiyyə işçiləri şəhid sayılacaq və onların ailələrinə aylıq müavinət veriləcək.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyi tərəfindən tibb işçiləri haqqında yeni bir sənəddə qeyd edilib.

Məlumatda bildirilib ki, COVID-19-da dünyasını dəyişən səhiyyə işçilərinin ailələri əlavə ödənişlər və iş kimi hüquqlardan yararlana biləcəklər.