Türkiyədə yoluxma sayı yarım milyonu keçdi

Türkiyədə yoluxma sayı yarım milyonu keçdi

Türkiyə hökuməti ölkədə koronovirus riskini azaltmaq üçün məhdudiyyətləri sərtləşdirib

Yeni qaydalara əsasən, Türkiyədə həftənin ilk beş günü saat 21.00-dan 05.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan "evdə qalmaq" kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq.

Bundan əlavə, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, eləcə də 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

Yeri gəlmişkən, Türkiyədə son sutka ərzində koronavirus infeksiyasından 188 ölüm, 6514 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 13 746, virusa yoluxanların sayı isə 500 865 nəfərə çatıb.