"Vəliyevlər Yunis Səfərovun bütün hüquqlarını məhv etməkdədirlər"

"Vəliyevlər Yunis Səfərovun bütün hüquqlarını məhv etməkdədirlər"

3 iyul 2018-ci ildə Yunis Səfərov Gəncənin o zamankı icra başçısı Elmar Vəliyevə atəş açıb. 

Hadisə nəticəsində Elmar Vəliyev ağır, onun köməkçisi Qasım Aşpazov isə yüngül yara aldı. Hadisə baş verən gün Yunis Səfərov həbs edilib. Bu gün bu hadisədən 2 il ötür. Düz iki ildir ki, Yunis Səfərovun hüquqları pozulur. O, iki ildir ki, ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilmir.

Vəkili Bəxtiyar Hacıyev vetenugrunda.az-a bildirib ki,  iyulun 1-də Yunis Səfərovla hazırda saxlanıldığı Kürdəxanı Təcridaxanasında görüşüb: "Yunisin psixoloji problemləri yaranıb. O, çox gərgindir və bəzən hərəkətlərini nizamlaya bilmədyini dedi. Artıq iki ildir ki, o, ailəsi ilə telefon bağlantısı qura bilmir".

B.Hacıyev bildirdi ki, Həbs yerində saxlanma haqqında Azərbaycan Respublikasının qanununda həbs edilmiş şəxsin həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan ailə üzvləri və yaxınları ilə görüşmək hüququ var. (Maddə 19. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya digər şəxslərlə əlaqələri.

 19.1. Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər.).

Lakin Yunis Səfərovun bu qanundan irəli gələn bütün hüquqları pozulur: "Mən Yunis Səfərovun ailə üzvləri ilə görüşmək və telefon əlaqəsi yaratması üçün məhkəməyə müraciət etdim. Məhkəmə Yunis Səfərovun ailə üzvləri ilə telefon danışıqlarının və görüşməsinin  məhdudlaşdırılması barədə cinayət təqibini həyata keçirən orqanın prosesual qərarı olmadığı üçün müraciəti geri qaytardı.

Lakin bundan sonra Pentensiar Xidmətə müraciətimizə cavab olaraq bildirmişdilər ki, ümumiyyətlə, Yunis Səfərov barəsində hər hansı bir məhdudlaşdırılma (ailə üzvləri ilə görüş) tətbiq olunmayıb.  

Belə çıxır ki bunun məhdudlaşırlması şifahi göstəriş əsasında həyata keçirilir. Üstəlik, istintaq dövründə saxlanan şəxsin ailə üzvləri ilə görüşü bəzən qadağan edilir. Lakin artıq Yunis Səfərovun işi məhkəmədədir. Ona ailə üzvləri ilə görüşməyi kimsə qadağan edə bilməz. Bu hüquqza zidd addımdır. Açıq məhkəmə iclası başlamışdır artıq".

Müdafiəçi hesab edir ki, Yunisin ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq və görüşmək hüququ dərhal təmin olunmalıdır. Bununla bağlı ombudsmana bir neçə dəfə müraciət olunsa da müraciətlərə cavab verilməyib.

Yunisin anası Leylaxanım İsmayılova Azərbaycanda hüquq-məhkəmə sisteminin düzgün fəaliyyət göstərmədiyini və sifarişli qərarlar verdiyini bildirdi: "Vəliyevlərin iqtidarı hələ də oğlumun hüquqalrını məhv edir. Yazılmış qanunları onların şifahi əmirləri ilə pozurlar. 

Elmar Vəliyev xalqı təhqir edirdi. İnsanları ictimai yerlərdə alçaldırdı. Bütün bunları vaxtında adiyyatı qurumlar aradan qaldırsaydı indi mənim oğlum zindanda olmazdı. Bu gün onlarla Gəncə məhbusunun övladı, anası, yaxınları gözüyaşlı qalmazdı. Kimdi günahkar?

Mənim oğlum çox haqqsevər idi. O, qanunlara o qədər gözəl riayət edirdi ki. Bir qarışqanı da incitməzdi. Görün belə bir insanı hansı həddə çatdırdılar ki, əlinə silah aldı"

YADDAŞ

Qeyd edək ki, Yunis Səfərov və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə 2020-ci il yanvar ayının 7-də başlayıb.

Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədirliyi ilə Sabunçu Rayon məhkəməsində keçirilib. Sabunçu Rayon məhkəməsində keçirilən prosesdə yerin darısqallığı həm vəkillər, həm də zaldakılar üçün xeyli problem yaradıb.

Vəkil Zibeydə Sadıqova və Cavad Cavadov məhkəmənin keçirildiyi zalın bu proses üçün çox kiçik və əlverişsiz olduğunu hakimin diqqətinə çatdırıb. Cavad Cavdov bu məhkəmə prosesinin ya böyük akt zalında, ya da Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilməsini təklif edib. Zibeydə Sadıqova isə oturmaq üçün yerin olmadığını və zalın darısqallığına görə müdafiə etdiyi şəxsin üzünü görmədiyini bildirib.

Eyni zamanda vəkillər Nazim Musayev, Bəxtiyar Hacıyev, Vamiq Şükürov, Fariz Namazlı və digərləri məhkəməyə sədirlik edən hakim Natiq Əliyevin Elmar Vəliyevlə qohumluq əlaqələri olduğu üçün onun bu iştirakının qanunazidd olduğunu diqqətə çatdırıblar. Vəkillərin Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilən etirazı təmin edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Növbəti proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Haciyevin sədrliyi ilə keçirilib.

Təqsirləndirilən Frudin Zeynalovun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı prosesin protokollaşdırılmamasına etiraz edib. O, bütün prosesin audio-video çəklişini tələb etsə də, dövlət ittihamçısı Pərviz Mirhəşimov bu vəsatəti də təmin etməyib.

Məhkəmə prosesində sabiq icra başçısı Elmar Vəliyevin vəkili və onun mühafizəçisi, polis əməkdaşı, Qasım Aşpazov, eyni zamanda Natiq adlı şəxs zərərçəkmiş qismində iştirak edib. Ümumilikdə məhkəmə sənədlərində zərəçəkmiş qismində 6 nəfərin adının keçdiyi bildirilib.

Onu da qeyd edək ki, Yunis Səfərovun məhkəməsi ölkədəki karantin rejiminə görə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Y.Səfərovun digər vəkili Elçin Sadıqov isə qanunsuz şəkildə bu prosesdən uzaqlaşdırldı. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin (Elçin Sadıqovun) görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciət edib:

Sentyabrın 5-də Baş Prokurorluq Elçin Sadıqovun Səfərovun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul edib və Sadıqov barədə intizam tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

"5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb".

Yunis Səfərova dövlət tərəfindən təyin edilən vəkil Elman Ağayevdən  imtina edib. Yunis Səfərov məhkəmədə həbs edildiyi gündən bütün hüquqlarının kobud şəkildə pozulduğunu söyləyib.

E.Ağayev mediaya açıqlamalarında Yunis Səfərovun heç bir narazılığı olmadığını, hüquqlarının təmin edildiyini bildirib. Vəkil E.Ağayev Yunus Səfərovun pozulmuş hüquqlarının bərpa olunması üçün heç bir addım atmayıb. Yunis Səfərov yaxınlarına səslənərək, onun müdafiəsindən uzaqlaşdırılmış vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istəyib: "Elçin Sadıqov olmasa, özüm də öz hüquqlarımı müdafiə edə bilərəm. Amma bu hökumətin təyin etdiyi vəkildən imtina edirəm". Lakin Elman Ağayevə bu imtinanı çox çətinliklə qəbul etdirdilər. 

Hazırda Yunis Səfərovun hüquqlarını vəkil Bəxtiyar Hacıyev müdafiə edir.

12 nəfərlik qrupda adıçəkilən iki nəfər istintaqsız, məhkəməsiz qətlə yetirilib.

1. Səfərov Yunis Rafiq oğlu 

2. Əzizov Mahir Əziz oğlu

3. Abdullayev Hamlet Ramiz oğlu

4. Əliyev Akif İsmayıl oğlu

5. Mustafayev Rasim Hafiz oğlu

6. Qurbanov Ceyhun Ələkbər oğlu

7. Zeynalov Firudin Etibar oğlu

8. Zalov Cəfər Mürsəl oğlu

9. Məmmədov Vüqar Vaqif oğlu

10. Salahov Ceyhun İsrail oğlu

11. Bağırov Anar İslam oğlu (qətlə yetirilib)

12. Sərxani Ağa Hüseyin oğlu (qətlə yetirilib)

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.

Xatırladaq ki, Gəncə olayları ilə bağlı rəsmi məlumata əsasən aşağıda adları çəkilən 5 nəfər şübhəli şəxs qismində öldürülüb:

Anar Bağırov,

Ağa Sərxani,

Muraz Rəhimov,

Fuad Səmədov və Rəşad Babakişiyev.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Məhkəməsində keçirilən prosesdə 20 il müddətinə azadlıqdan məhrum edilən, Hepatit C xəstəsi Eşqin Quliyev və istintaq müddəti başa çatmayan Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Mərkəzində vəfat ediblər.