Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda deyilir: 

"Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb".

Qeyd edilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar.