Əziz Səncər Şuşaya səfər edib

Əziz Səncər Şuşaya səfər edib

ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancar ölkəmizdə səfərdədir.

Vetenugrunda. az-ın verdiyi xəbərə görə,  prezidenti İlham Əliyev qəbul edib. Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deib. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırlayaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirib. Prezident, Azərbaycan xalqının Əziz Səncərə həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğulayıb.

Daha sonra Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

Bu barədə məlumat səfirin tviter səhifəsində yer alıb.

"Yazın ayrı, qışın ayrıca gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına, Cıdır düzündən Xocalı və Böyük Qafqaz dağlarına salam olsun", - səfir sosial şəbəkədə qeyd edib.