Əsas səhifə / Struktur / Xeyrullayeva Məsmə Yədulla

Xeyrullayeva Məsmə Yədulla

Xeyrullayeva Məsmə

Xeyrullayeva Məsmə

Futbol Federasiyasının vitse prezidenti

Xeyrullayeva Məsmə Yədulla qızı 9 yanvar 1976-cı ildə Bakı şəhərində anadan olmuşam. 1983-cü ildə Həsən Cəbrayılov adına orta məktəbin 1-ci sinfinə daxil olmuşam və 1993-cü ildə həmin məktəbi uğurla başa vurmuşam. Orta məktəb illərində təhsildəki fəallığım və təşəbbüskarlığımla seçildiyim üçün şura rəhbəri vəzifəsinə seçilmiş, həmçinin ədəbiyyat təmayüllü xüsusi sinfə yönləndirilmişəm.

Təhsilimi davam etdirərək tibb bacısı ixtisası üzrə kolleci bitirmişəm. Peşəkar fəaliyyətimə Maliyyə Nazirliyinin Təftiş İdarəsində başlamışam. Daha sonra ITECA və CEO Beynəlxalq Sərgilərində iştirak edərək beynəlxalq təcrübə qazanmışam. Eyni zamanda, ictimai fəaliyyətim geniş vüsət alıb – UNICEF-lə əməkdaşlıq çərçivəsində "Gənclərin Töhvəsi" İctimai Birliyində sosial işçi kimi fəaliyyət göstərirəm.

İctimai sahədə göstərdiyim fəal fəaliyyətə görə bir sıra mükafatlara layiq görülmüş, çoxsaylı sosial layihələr və tədbirlərin təşkilatçısı olmuşam. Qlobal tədbirlərdə də fəal iştirak etmişəm – o cümlədən COP-da (BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı) iştirakçı və üzv olmuşam. Qida Təhlükəsizliyi Hərəkatında könüllü olaraq çalışıram və ictimai maarifləndirmə prosesində aktiv rol oynayıram.

17 yanvar 2024-cü il tarixində mənim təşəbbüsümlə Azərbaycanda ilk dəfə olaraq qadınlar üçün “Xarı Bülbül” Amputant Futbol Klubu təsis olunmuş və bu klubun prezidenti seçilmişəm. Bu təşəbbüs fiziki məhdudiyyətli qadınların idmana və cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır. Nəhayət, 2 dekabr 2024-cü il tarixindən etibarən Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının vitse-prezidenti və “Xarı Bülbül” Qadın Amputant Futbol Klubunun prezidenti vəzifəsini icra edirəm.