Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bədənimizdə 2 ordu üz-üzə durub: sağlamlığın keşikçiləri olan hüceyrələr, bir də sağlamlığın düşməni olan mikroblar. Daim savaş gedir içimizdə. Onun nəticəsi bizim həyat tərzimizdən asılıdır. Düzgün qidalanan adam - sağlamlıq ordusunu gücləndirir, düzgün qidalanmayan isə - düşmən ordusunu.

Düzgün qidalanan adamın bədənində çox güclü PATRUL dəstələri olur. Onlar qana soxulmaq istəyən mikrobları dərhal blokadaya alıb məhv edirlər. Belə insanın müdafiə xətti (immun sistemi) güclü olur. Heç bir virus onun üçün təhlükəli deyil. Qeyri-sağlam həyat tərzi keçirən insanların müdafiə xətti çox zəif olur və mikroblar çox asanlıqla onu yarıb keçə bilir. Belə insanı yayda da qrip tutur. Daim xəstə olur və dünyasını tez dəyişir.

İmmun sistemini gücləndirmək üçün hər kəs kifayət qədər çiy su içməli, meyvə-tərəvəz, göy-göyərti, qoz, fındıq, badam, şabalıd, günəbaxan və boranı tumu (hamısını çiy şəkildə) yeməli, faydalı hərəkətlər etməli (idman faydalı hərəkət deyil, bədən tərbiyəsi ilə məşqul olmaq yaxşıdır), tez yatıb tez də durmalı, xeyirxah işlərlə məşğul olmalıdır. Orqanizmə lazım olan zəruri elementlər Günəş işığında da boldur.

Bizi viruslardan qoruyan patrulların əsas qidası C (S) vitamini və yoddur. Bu elementlərin əsas yatağı limon və sarımsaq olduğu üçün belə bir məhluldan istifadə etməyi məsləhət görürəm:

3 litirlik balona xırda doğranmış orta həcmli 2-3 baş sarımsaq və 4-5 dilimlənmiş limon tökün, üstünə 3 litr çiy su əlavə edin, sərin yerdə 1 sutka saxlayın. Hazırdı.
Suyun rəngi göyərsə, deməli, sarımsaq Çinin saxta məhsullarından biridir. Sarımsağı əvvəllcədən başqa qabda yoxlamaq olar.

Gündə 3 dəfə, hər dəfə stəkanın 1/3-i qədər bu mayeni yeməkdən 30 dəqiqə qabaq qəbul edən adam "koronavirusun atası"nı yandıra bilər.

Nəzərinizə çatdırım ki, virus təkcə yaşlılara deyil, gənclərə və uşaqlara da yoluxa bilir. Hər şey immun sisteminin vəziyyətindən asılıdır.

Virusdan qorxmayın. Amma özünüzü qorumağı da unutmayın.
Allah yaxşı insanları qorusun!!!

Ərşad Əzimzadə

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri,
yazıçı-jurnalist

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.

Nu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün kompensasiya qismində 300 min nəfərə 215 manat kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

Sabahdan Azərbaycanda avtomobillə sərnişindaşıma qadağan olunacaq

"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq".

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilər: "Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. Yəni onun ailə üzvü olsun, dostu olsun, bu, mümkün deyil. Mütləq həmin şəxslərin də icazəsi olmalıdır. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək".

Şənbə, 04 Aprel 2020 19:59

KİVDF-nin yeni rəhbəri kimdir?

KİVDF-nin yeni rəhbəri kimdir?

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-yə yeni icraçı direktor təyin olunub. 

Qeyd edək ki, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Ə.İsmayılov 1980-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması" ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.

20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər" İlk Ərazi Təşkilatının sədri olub.

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu "Regional İnkişaf" İctimai Birliyində ekspert vəzifəsində çalışır.

Ailəlidir.

1 -dən səhifə 1592
Top
JoomlaLock.com All4Share.net